Almaniya millisinin üzvü "Ayaks"da - Rəsmi

Almaniya millisinin üzvü "Ayaks"da - Rəsmi
DÜNYA FUTBOLU 1 Avqust 2026 / 16:20 486
-  A +

Dortmund "Borussiya"sından ayrılan Yulian Brandtın yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Niderlandda davam etdirəcək.

"Ayaks"la anlaşan 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Yulian Brandt 2019-cu ilin yayından "Borussiya"da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində 41 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.


Son xəbərlər
31.07.26  21:19

Qəbələdə 4 qol

topaz banner