"Monako"dan PSJ-yə

"Monako"dan PSJ-yə
XƏBƏR 1 Avqust 2026 / 11:00 391
-  A +

PSJ heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

QOL.az xəbər verir ki, Fransa çempionu "Monako"nun hücumçusu Maqnes Akliuşun transferi ilə bağlı razılığa gəlib.

Məlumata görə, Paris təmsilçisi 24 yaşlı futbolçu üçün 50 milyon avro ödəyəcək. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırıblar. "Monako" da transferə icazə verib.

Rəsmi açıqlamanın gələn həftənin əvvəlində veriləcəyi gözlənilir.

Akliuş ötən mövsüm 43 matçda 7 qol vurub, 11 məhsuldar ötürmə edib.


Son xəbərlər
31.07.26  21:19

Qəbələdə 4 qol

topaz banner