"Real" yekun təklifini etdi, "Arsenal" gözləyir

"Real" yekun təklifini etdi, "Arsenal" gözləyir
DÜNYA FUTBOLU 31 İyul 2026 / 17:14 821
-  A +

“Real” braziliyalı hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı mövqeyini dəqiqləşdirib.

QOL.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu futbolçuya yeni müqavilə ilə bağlı son təklifini təqdim edib.

Rəhbərlik Vinisiusa bildirib ki, bu, yekun təklifdir və maliyyə şərtləri dəyişdirilməyəcək. Tərəflər razılığa gələ bilməsə, “Real” futbolçunun transfer variantlarını nəzərdən keçirəcək.

Xəbərdə qeyd olunur ki, İngiltərə təmsilçisi “Arsenal” vəziyyəti yaxından izləyir. London klubu Vinisiusun “Real”la müqaviləni uzatmaması halında onun transferi üçün hərəkətə keçə bilər.

Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir. Braziliyalı futbolçu ilə klub arasında yeni müqavilə bağlı danışıqlar bir müddətdir davam edir.


Son xəbərlər
30.07.26  14:09

"Barselona"da qalır

topaz banner