Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FIFA-nın dünya çempionatındakı payların özəl investorlara satılması ideyasına qarşı çıxıb.
QOL.az xəbər verir ki, bu barədə KONKAKAF-ın rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
Qurum qeyd edib ki, məsələ ilə bağlı KONKAKAF prezidenti, Şura üzvləri, FIFA Şurasındakı nümayəndələr və 41 üzv assosiasiyanın prezidentlərinin iştirakı ilə toplantı keçirilib.
Bəyanatda FIFA prezidenti tərəfindən hazırlanan “FIFA Forward Enterprise” layihəsi və dünya çempionatındakı payların özəl investorlara satılması təklifinin müzakirə olunduğu vurğulanıb.
Toplantı zamanı təklifin hazırlanması prosesində şəffaflığın olmaması, süni şəkildə qısa müddət müəyyənləşdirilməsi və FIFA-nın müvafiq idarəetmə orqanlarının təsdiqinin alınmaması ciddi narahatlıq doğurub.
KONKAKAF həmçinin FIFA-nın tarixinin ən gəlirli dünya çempionatından sonra “FIFA Forward” proqramlarının maliyyələşdirilməsi üçün özəl investisiyaya ehtiyac duyulmasını şübhə altına alıb.
Qeyd edək ki, KİV-də yayılan xəbərə görə, FİFA-nın bu layihəsinin əsas investoru ABŞ prezidenti Donald Trampın qızı İvankanın həyat yoldaşı Cared Kuşnerin kiçik qardaşı Coşua Kuşnerin təsis etdiyi fonddur.
KONKAKAF-dan əvvəl UEFA-ya üzv ölkələr bəyan ediblər ki, əgər FIFA dünya çempionatı və digər yarışların mülkiyyət hüquqlarını özəl investorlara verərsə, qurumun himayəsi altında keçirilən turnirləri boykot edəcəklər.
"Neftçi" də mübarizəni dayandırdı
“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi
“Zirə” mübarizəni dayandırdı
Tahir Gözel Sofiyada azarkeşlərlə görüşdü - Video
SSKA - "Qarabağ": Heyətlər
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
Ev oyunlarını Xankəndi stadionunda keçirəcəklər - Rəsmi
"Dinamo" - "Neftçi": Heyətlər
UEFA-nın 55 üzvü FIFA yarışlarını boykot edəcək - Bəyanat
"Roma" argentinalı hücumçu transfer etdi
"Zirə" - "Payde": Heyətlər açıqlandı
Cordan Henderson "Çelsi"də
"Yuventus" Bosniya millisinin hücumçusunu transfer edib
"Qarabağ"dan qorxmuruq" - SSKA-nın sabiq prezidenti
"Çelsi" Fransa millisinin müdafiəçisini transfer etdi
"Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
"Barselona"da qalır
"Bavariya"nın direktoru 3 futbolçuya qapını göstərdi
Efiopiya komandası İsveçdə itkin düşüb
Eddi Hau "Nyukasl"dan gedir, əvəzləyicisi müəyyənləşdi
"Sabah"ın səfər oyununun vaxtı müəyyənləşdi
UEFA dünya çempionatını boykot edə bilər
İtaliya klubunun futbolçusu yoxa çıxıb
"Şamaxı"dan ayrılan futbolçu "Kəpəz"də
Klublarımızın avrokubok oyunları - Bu kanallarda
Neymar üçün vida oyunu keçirilə bilər
“Sabah” “pley-off”a yüksəlsə… Mümkün rəqiblər
ÇL-də 2-ci mərhələyə yekun vuruldu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Nəyə qadir olduğumuzu göstərmək istəyirik" - Yuri Vernidub
"Şamaxı" müdafiəçi transfer etdi
“Sabah”ın 3-cü mərhələdəki rəqibi müəyyənləşdi - Yenilənib
Azərbaycan millisi dünya 2-cisi oldu