UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-nın dünya çempionatı və digər turnirlərdəki mülkiyyət paylarını özəl investorlara vermək planına qarşı birgə bəyanat yayıb.
QOL.az xəbər verir ki, bəyanat UEFA-nın saytlnda yayımlanlıb. Sənəddə sözügedən təklifin yekdilliklə və qəti şəkildə rədd edildiyi bildirilib.
“Dünya çempionatına investisiya məhsulu kimi yanaşmaq olmaz. Bu turnir futbolun ən böyük idman irslərindən biridir. O, nəsillər boyu futbolçular, milli komandalar və azarkeşlər tərəfindən formalaşdırılıb. Dünya çempionatının heç bir hissəsi özəl investorlara verilməməlidir. Dünya çempionatı satılmır”, – deyə bəyanatda qeyd olunub.
UEFA FIFA-nın belə mühüm layihəni məxfi şəkildə hazırlamasını və futbol ictimaiyyəti ilə məsləhətləşmədən təsdiq mərhələsinə gətirməsini məsuliyyətsiz addım adlandırıb.
Bəyanatda vurğulanıb ki, özəl investorların FIFA turnirlərində pay sahibi olması futbolun gələcəyini kökündən dəyişə bilər:
“Bu halda beynəlxalq təqvim, turnirlərin formatı və futbolun gələcəyi ilə bağlı qərarlar oyunun maraqlarına deyil, səhmdarların maliyyə gözləntilərinə əsaslanacaq. Belə modelin dünya futbolunda yeri yoxdur”.
UEFA və milli assosiasiyalar bildiriblər ki, təklif tamamilə geri götürülməyənədək Avropa yığmaları heç bir FIFA yarışında iştirak etməyəcək.
“FIFA bu planlardan birdəfəlik imtina etməli və gələcəkdə yarışların özəl mülkiyyətə açılmayacağına dair hüquqi təminat verməlidir. Əks halda UEFA-nın heç bir milli komandası FIFA yarışlarında iştirak etməyəcək”, – deyə bəyanatda qeyd olunub.
Sonda UEFA dünya çempionatının futbola məxsus olduğunu və Avropanın mövqeyi olduğu müddətdə onun satışa çıxarılmayacağını vurğulayıb.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu