"Yuventus" Bosniya millisinin hücumçusunu transfer edib

"Yuventus" Bosniya millisinin hücumçusunu transfer edib
XƏBƏR 30 İyul 2026 / 17:19 609
-  A +

"Yuventus" heyətini yeni hücumçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Turin klubu "Bayer"in və Bosniya və Herseqovina millisinin futbolçusu Kerim-Sem Alaybegoviçin transferi ilə bağlı razılıq əldə edib.

Transferin dəyəri bonuslarla birlikdə 35 milyon avro olacaq. Bunun 33 milyon avrosu sabit ödəniş, 2 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub. Tərəflər şəxsi müqavilə şərtlərində də razılığa gəliblər. Hazırda yalnız sənədləşmə işlərinin tamamlanması qalıb.

Alaybegoviç 2025-ci ilin yayında "Bayer"in gənclər komandasında "Zaltsburq"a keçmişdi. O, ötən mövsüm 44 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verəndən sonra Leverkuzen təmsilçisi onu geri qaytarıb. 2026-cı il dünya çempionatında isə 4 matçda meydana çıxaraq 1 qol vurub. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.


Son xəbərlər
topaz banner