"Mançester Siti" Qvardiolla müqaviləni yenilədi

"Mançester Siti" Qvardiolla müqaviləni yenilədi
XƏBƏR 28 İyul 2026 / 16:27 329
-  A +

"Mançester Siti" müdafiəçisi Yoşko Qvardiolla yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Daha əvvəl onun "Real"ın maraq dairəsində olduğu bildirilirdi.

Qvardiol 2023-cü ilin yayından "Mançester Siti"də çıxış edir. O, bu müddətdə 122 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı 23 yaşlı müdafiəçinin bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Qvardiol daha əvvəl Zaqreb "Dinamo"su və "Leyptsiq"də də oynayıb.


Son xəbərlər
27.07.26  18:55

"Real"da itki

topaz banner