Zidanın Fransa millisində ilk açıqlaması

Zidanın Fransa millisində ilk açıqlaması
XƏBƏR 28 İyul 2026 / 15:21 549
-  A +

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan təyinatından sonra ilk açıqlamasını verib.

QOL.az xəbər verir ki, o, Fransa Futbol Federasiyasına göstərilən etimada görə təşəkkür edib:

"Mənə göstərilən etimada görə hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün yolun davamı və bir arzunun gerçəkləşməsidir. Son 4-5 ildə müxtəlif klublardan təkliflər aldım, amma hamısından imtina etdim. Çünki yalnız Fransa millisini çalışdırmaq istəyirdim.

Mən bu komandanı uşaqlıqdan tanıyıram. Yeniyetmə millisindən başlayaraq bütün mərhələləri keçmişəm və əsas komandaya qədər yüksəlmişəm. Bu komandanın qələbələr qazanmağa davam etməsi üçün əlimdən gələni edəcəyəm. Məni hərəkətə gətirən yeganə məqsəd budur".

Qeyd edək ki, Zidan bu gün Fransa millisinin baş məşqçisi təyin olunub. Onun müqaviləsi DÇ-2030-un sonuna qədər nəzərdə tutulub.


Son xəbərlər
27.07.26  18:55

"Real"da itki

topaz banner