"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qalibiyyətə görə şadıq. Amma optimist qalmalıyıq. Bəli, üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qadırmağa çalışacağıq. İkinci oyunu gözləyəcəyik"
QOL.az xəbər verir ki, bu sözləri Minsk "Dinamo"sunun baş məşqçisi Aleksandr Şaqoyko Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə 4:2 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, oyundan əvvəl də komandasından qələbə gözlədiyini söyləyib: "Dörd qol vuracağımıza inanmaya bilərdim. Amma biz 7 dəqiqəyə iki qol buraxacağımızı da planlaşdırmırdıq. Lakin qələbəyə hazırlaşmışdıq. Bunu da etdik. Kiminlə oynayacağımızı bilirdik. Hər şey plan üzrə getdi".
Mütəxəsss cavab görüşü haqda fikirlərini bölüşüb: "Qeyri-adi optimizm yoxdur. Futbolçularım da bunu əla başa düşür. Super üstünlüyümüz yoxdur ki, artıq indidən növbəti mərhələ haqda danışaq. Öz imkanlarımızı bilirik, rəqibə də hörmətlə yanaşırıq. İki top fərqi ən təhlükəli top fərqidir. Çünki buraxdığınız bir qol hər şeyi bir anda sizə qarşı çevirə bilər. Çox ağır oyun olacaq. Ciddi hazırlaşacağıq. Başqa cür olmaz. Demişdim ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır".
A.Şaqoyko "Bundan sonra "Neftçi" səddini keçə bilməsəniz, sizin üçün faciə hesab olunacaq" sualını belə cavablandırıb: "Bizim üçün istənilən məğlubiyyət faciədir. Biz qələbə üçün oynayırıq. Meydana uduzmaq üçün çıxmırıq. Düzdür, tam faciə deməzdim, amma "Neftçi"yə uduzsaq, çox pis olarıq. Hər bir idmançı udmaq üçün oynayır".
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov