Avroliqanın birinci təsnifat mərhələsində Ağdamın "Qarabağ" klubu iyunun 30-da səfərdə Litvanın "Banqa" klubu ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, "Banqa" klubunun baş məşqçisi Arminas Narbekovas oyunöncəsi komandasının şanslarını dəyərləndirib:
"Biz "Qarabağ" haqda kifayət qədər məlumat toplamışıq. Futbolçularımla birgə "Qarabağ"ın keçirdiyi oyunların videoyazısını izləmişik. Onlara müdafiədə və hücumda necə oynamağı başa salmışam. Rəqibimiz çox güclüdür. Onların əsasən də ötən mövsüm Polşanın "Visla" klubu ilə görüşlərini qeyd edə bilərəm.
Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qarabağ" doğma azarkeşləri önündə 7 dəqiqəyə 3 qol vurmuşdu. "Qarabağ"ın 28 və 35-ci dəqiqlər arasında 3 qol vurması komandanın gücündən xəbər verir. Düşünürəm ki, biz də belə oyun nümayiş etdirməliyik".
Narbekovas daha sonra bunları deyib: "Doğrudur, "Banqa" yeni komandadır və Avropada təcrübəsi yoxdur. Bununla belə, biz özümüzə inanırıq və bir neçə mərhələ keçmək istəyirik. Komanda son 5 ildə özünü yaxşı tərəfdən göstərə bilib. Niyə də bu uğuru Avropada davam etdirməyək.
Bu mövsüm olmasa da, gələn il Avropada uğur qazanacağımıza inanıram. "Qarabağ"la ilk oyunda futbolçularda özünəinam olmalıdır. Bu çox vacib amildir. Biz eyni zamanda Lİtvanı təmsil edirik. Ona görə də, ilk oyunda qələbə qazanmaq istəyirik".
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?