"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"yə məğlub olduqları matç (0:3) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi rəqibi layiqli qələbə münasibətilə təbrik edərək ötən matçda ağır zədə alan David Santosun yoxluğunun komandada ruh düşkünlüyü yaratdığını bildirib:
"Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Bilirdik ki, bu, onlar üçün final oyunu idi. Keçən matçda David Santosun ağır zədələnməsi komandada istər-istəməz ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Çempionatın elə bir mərhələsindəyik ki, bəzi klublar üçün son matçlar artıq formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda "Turan Tovuz"la son ev oyunumuz var və həmin matça hazırlaşacağıq. Bu gün də bəzi yeni oyunçulara meydanda şans verdik".
Mütəxəssis ardıcıl iki çətin oyunda qol vura bilməmələri və qapılarında 6 top görmələri ilə bağlı sualı cavablandırarkən komandadakı yorğunluğa və təqvimin ağırlığına diqqət çəkib:
"Düzdür, iki oyuna 6 top buraxdıq. Halbuki, bundan əvvəl az qol buraxdığımıza görə 4-cü və ya 5-ci yerdə idik. Təqvimimiz kifayət qədər ağır idi. Avrokuboklara və çempionluğa oynayan iddialı rəqiblərlə qarşılaşdıq. Bu matçlardan əvvəl çempionatdakı vəziyyətimiz aydın idi. Futbolçularımız yorulublar, mövsüm gərgin keçdi, zədələrimiz oldu. Görünür ki, oyunçular artıq tətili gözləyirlər və bunu da hardasa normal qarşılamaq olar. Bu gün "Neftçi" də çox motivasiyalı idi. Amma bütün bunlara rəğmən, klub olaraq futbolçulardan razıyıq, onlar bu ağır yolda canlarını qoydular. Bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirdik, lakin təəssüf ki, alınmadı".
Sonda Ayxan Abbasov "Şamaxı"dakı gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirərək mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib:
"Qışdan bəri yayda vəziyyətin necə olacağı ilə bağlı bəzi fikirlər və söhbətlər var idi. Klub rəhbərliyi ilə danışmışıq, vəziyyəti təhlil etmişik və onlar necə olacağını bilirlər. "Şamaxı"da cəmi 2 oyunum qalıb və çox istəyərdim ki, bu matçlardan xal qazanaraq komandadan ayrılaq. "Şəfa"nı çalışdıracağım barədə isə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq. Klublardan hələ təklif olmayıb".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub