"Barselona" bu hücumçunu satacaq

"Barselona" bu hücumçunu satacaq
DÜNYA FUTBOLU 8 Aprel 2026 / 14:45 645
-  A +

"Barselona" mövsümün sonunda futbolçusu Ferran Torresi satmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Kataloniya klubunun artıq bununla bağlı futbolçunun özü ilə də danışdığı bildirilib. Qeyd edilib ki, ispaniyalı hücumçunun çıxışı məşqçilər korpusunu qane etmir.

Ferran Torres bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 41 oyunda 16 qol vurub, 1 qol ötürməsi edib.


Son xəbərlər
topaz banner