Azərbaycan cüdoçusu "Qran-pri"nin qalibi oldu

Azərbaycan cüdoçusu "Qran-pri"nin qalibi oldu
CÜDO 7 Mart 2026 / 00:17 220
-  A +

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri"nin qalibi olub.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 

Cüdoçumuz turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib.

Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Azərbaycanı "Qran-pri"də 7 cüdoçu təmsil edir. Yarışa 59 ölkədən 479 idmançı qatılıb.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner