“Yuventus”un icraçı direktoru Damien Komolli A Seriyasının idman hakimi tərəfindən martın 31-nə qədər futbol fəaliyyətindən kənarlaşdırılıb.
QOL.az "Reuters"ə istinadən xəbər verir ki, klub rəsmisi şənbə günü lider “İnter”lə keçirilən gərgin oyunda hakimə qarşı nümayiş etdirdiyi davranışlara görə cəzalandırılıb. İntizam Komitəsinin qərarına əsasən, Komolli fasilə zamanı tuneldə matçın baş hakimi Federiko La Pennaya hədə-qorxu gələn münasibət göstərib. Hətta onun hakimə qarşı fiziki təzyiq göstərmək cəhdinin qarşısı klub əməkdaşları tərəfindən alınıb.
Klubun digər rəsmisi Corcio Kyellini də fevralın 27-nə qədər diskvalifikasiya edilib. O, hakim briqadasına qarşı hörmətsiz etirazlar və təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.
Qeyd edək ki, gərginliyə səbəb müdafiəçi Pyer Kalulunun mübahisəli şəkildə meydandan qovulması olub. Alessandro Bastoni ilə mübarizədə rəqibin formasından dartdığı əsası ilə ikinci sarı vərəqəni alan Kalulu komandasını azlıqda qoyub. Lakin təkrar görüntülər zamanı futbolçular arasında heç bir təmasın olmadığı üzə çıxıb.
Xatırladaq ki, A Seriyasının hakim koordinatoru Canluka Rokki də qərarın səhv olduğunu etiraf edərək üzr istəyib. O, VAR sisteminin ikinci sarı vərəqə epizodlarına müdaxilə edə bilməməsindən təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Komolli diskvalifikasiya ilə yanaşı, 15 min avro məbləğində cərimə də ödəməli olacaq. Hazırda turnir cədvəlinə 61 xalla “İnter” başçılıq edir, “Yuventus” isə 46 xalla 5-ci pillədə qərarlaşıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı