"Karvan Yevlax" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Karvan Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis rəqibi yaxşı analiz etdiklərini və futbolçularının mübarizəsindən razı qaldığını bildirib. O, komandanın müdafiədə boşluqları azaltdığını, lakin uğur qazanmaq üçün qələbələrin vacib olduğunu vurğulayıb:
"Turan Tovuz" çox yaxşı komandadır. Rəqibi əvvəlcədən təhlil etmişdik, necə hücum qurduqlarını, necə müdafiə olunduqlarını bilirdik. Futbolçularım meydanda yaxşı mübarizə apardılar, maksimum güclərini ortaya qoydular. Hər birinə təşəkkür edirəm.
Belə oyunla uğur qazanmaq olar, amma bir az da üstünə qoymalıyıq. Qarşıdakı matçlarda daha effektiv çıxış etmək üçün çalışacağıq".
F.Məmmədov hakimliklə bağlı iradını bildirərək mübahisəli epizoda diqqət çəkib, lakin bunun rəqibin qələbəsinə kölgə salmasını istəmədiyini qeyd edib:
"Bir epizodda bizim müdafiəçimizə açıq ayaqla zərbə oldu. Həmin məqamı daha diqqətlə izləmək olardı. Ola bilsin, hakimlər bunu başqa cür dəyərləndiriblər. Amma "Turan Tovuz"un qələbəsinə kölgə salmaq istəmirəm. Onları təbrik edirəm".
Baş məşqçi Araz Abdullayevin matçda iştirak etməməsinin səbəbini də açıqlayıb:
"Ayağında zədə var. Ona görə də risk etmədik".
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi