“Əsasnamədə nəzərdə tutulmuş hallarda və qaydada matçların təxirə salınması, oyunun tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür”.
QOL.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev “Qafqazinfo”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub:
“Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür. Bu iki halda rəqib komandanın razılığı olmalıdır. Artıq “Qarabağ” komandası liqa mərhələsini adlayaraq 1/16 final mərhələsinə yüksəlib və pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq. Əsasnamədə də göstərildiyi kimi, “Qarabağ” Futbol Klubu liqa mərhələsindən sonrakı pley-off mərhələlərində təxirə salınma ilə bağlı müraciət edə bilər. Komandanın Əsasnaməyə uyğun olaraq oyunun təxirə salınması üçün müraciət etmək hüququ var.
Lakin PFL təkcə “Qarabağ” komandasının müraciətinə əsasən oyunu təxirə sala bilməz. Bunun üçün komandanın Misli Premyer Liqasında qarşılaşacağı rəqibinin də razılığı olmalıdır. Əsasnamədə qeyd olunan bütün prosedur qaydaları yerinə yetirilərsə, PFL-in rəsmi saytında bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınması ilə bağlı müraciət etmişdi. “Neftçi” isə bu qərarla razılaşmamışdı.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi