"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 19-cu turunda “Kəpəz"lə heç-heçə etdikləri oyun (0:0) haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında nəticənin qənaətbəxş olduğunu deyib:
“Hər iki komanda oyunun necə vacib olduğunu başa düşürdü. Erkən qol vurmaq istəyirdik. Rəqib xırda foullarla oyunun tempini aşağı salırdı. Birinci hissədə təhlükəli vəziyyətlər az idi. İkinci hissədə meydançanın vəziyyəti daha da pisləşdi. Amma komandam qol vurmaq üçün çalışırdı. Hər iki komanda başa düşürdü ki, xal itirmək olmaz. "Kəpəz"lə aramızda 6 xal fərq var. Fərqi qoruya bildik. Qol vurub fərqi artırmaq istəyirdik, amma alınmadı. Nəticənin qənaətbəxş hesab edirəm”.
O, “Sizin oyunçularınız da vaxt aparırdılar. Əvvəldən 1 xal sizi qane edirdi” sualını belə cavablandırıb: “Bütün oyunlara qələbəni düşünərək çıxırıq. Bu gün uduzmamaq çox vacib idi”.
J.Kaşkilya yeni transfer Dioqo Kardozunun oyununu dəyərləndirib: “Hələ fikir bildirmək üçün tezdir. 5 gün bizimlə məşq edib. Komandaya uyğunlaşması üçün bir az vaxt lazımdır. Hücum xəttinə köməyi dəydi. Sürətli, texnikalı oyunçudur”.
Baş məşqçi futbolçusu Azər Salahlının durumundan da söz açıb: “Zədə boyun nahiyəsində idi. Hərəkət etməkdə çətinlik çəkirdi. Tibbi müayinədən keçməyin. Ümid edirik ki, ciddi zədə deyil”.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi