Misli Premyer Liqasında 19-cu turu çərçivəsində "Sumqayıt" və "Zirə" klubları üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb"
"Baxımlı oyunun şahidi olduq. Hər iki komanda daha çox texnikalı, kombinasiyalı oyuna üstünlük verirdi. Birinci hissə bizim üçün daha yaxşı keçdi, daha üstün idik. Bəlkə də hesab daha fərqli ola bilərdi. Rəqib ikinci hissəyə çox fəal başladı. Biz isə o dəqiqələrdə düzgün reaksiya vermirdik, bir az passivləşmişdik və qol buraxdıq. Bundan sonra komandanın verdiyi reaksiya yaxşı idi. Oyunun nəzarətini ələ keçirdik, hücumlar təşkil edirdik. Rəqibin 80-cı dəqiqədən sonra bir neçə təhlükəli standart vəziyyətləri oldu. Ümumən qələbəyə layiq idik. Çox önəmli qalibiyyət qazandıq. Futbolçularımı göstərdikləri oyuna və qələbəyə görə təbrik edirəm".
Mütəxəssis fasilədə futbolçulara xəbərdarlıq etməsinə baxmayaraq "Sumqayıt"ın təzyiqi qarşısında passiv qaldıqlarını, lakin buraxılan qolun komandanı canlandırdığını qeyd edib:
"Fasilədə futbolçulara dedik ki, ikinci hissəyə daha fəal başlayaq. Çünki "Sumqayıt"la birinci dövrənin oyununda iki fərqli hissənin şahidi olmuşduq. Birinci hissə biz yaxşı oynamışdıq, ikinci hissədə "Sumqayıt". Futbolçulara xatırlatdıq ki, bu komandaya qarşı passiv başlamaq olmaz. Çünki onların hücum potensialı çox güclüdür. Təbii ki, biz də passiv başladıq, amma paralel olaraq rəqib də çox fəal başladı. O dəqiqələr bizim üçün çox ağır keçdi. Qol da gözlənilən idi. Həmin dəqiqədə qol olmasaydı da, ola bilər sonrakı dəqiqədə qol buraxardıq. Hər halda, buraxdığımız qol xeyrimizə oldu. Komanda ondan sonra ayıldı və daha fəal oynamağa başladı. Hücumlar edirdik, amma sonluq gəlmirdi. Elə oldu ki, 89-cu dəqiqədə qol vurduq. Sonradan meydana daxil olan futbolçuları ayrıca qeyd etmək istəyirəm. Çünki hər biri oyuna çox yaxşı qoşuldu. Qələbəmizdə əsas pay onların idi"
R.Sadıqov uzun marafonlarda uğur qazanmaq üçün təkcə xarakterin kifayət etmədiyini, ustalığın və keyfiyyətin də vacib olduğunu vurğulayıb:
"Qələbə qazanmaqdan ötrü bunların hamısı birlikdə olmalıdır. 1-2 oyun xarakter və ya ustalıq hesabına qalib gələ bilərsən, amma əgər uzun marafondursa, stabil çıxış etmək istəyirsənsə, burada bütün komponentlərdə yaxşı keyfiyyətlərin olmalıdır, ən yaxşısını etməyə çalışmalısan. "Sumqayıt"a qarşı kubok görüşündə də futbolçularımdan razı idim. Analizə baxdıq, çoxsaylı qol epizodlarımız var idi. Onda da demişdim ki, çempionat matçı daha çətin olacaq. Bu gün "Sumqayıt" çox yaxşı idi. Bu cür oyunlar nə qədər çox olarsa, həm çempionatımız maraqlı olacaq, həm də futbolumuz inkişaf edəcək".
Baş məşqçi bu qələbənin kubok matçı üçün ciddi psixoloji üstünlük yaratmadığını, şansların bərabər olduğunu və zədəli oyunçuların yoxluğunun təsirini izah edib:
"Bunu bəlkə hardasa çempionatda qeyd edə bilərik ki, rəqibdən bir-iki xal önə keçdik, psixoloji üstünlüyümüz yarandı. Amma kubok elədir ki, hər şey sıfırdan başlayacaq. İlk görüş 0:0 bitib. Orada bir top üstünlüyümüz olsaydı, deyərdik ki, hansısa üstünlüyümüz var. "Sumqayıt"ın gücünü nəzərə alaraq, deyə bilmirik ki, nədəsə üstünük. Şanslar 50/50-dir. O oyuna vaxtımız var. Çalışacağıq ki, zədəlilər qayıtsın, heyətimizi də tam komplektləşdirək. Çünki itkilər nə qədər az olsa, oyunun keyfiyyətinə təsir edir. Məsələn, bu gün "Sumqayıt"da bəzi itkilər var idi. Onlar da olsaydı, bizim üçün daha çətin olardı. İtki hər bir komandaya təsir edir. Onların sayı 3-4 oldusa, onu aradan qaldırmaq çətindir, oyuna təsir edir".
Rəşad Sadıqov büdcə məhdudiyyətlərinə baxmayaraq mövcud heyətdən razı olduğunu və strategiyalarına sadiq qaldıqlarını bildirib:
"Altıncı ildir ki, "Zirə"nin baş məşqçisiyəm. Komandanın müəyyən siyasəti, strategiyası var. Biz bu yola rəhbərliklə birlikdə çıxmışıq. Təbii ki, müəyyən məqamlarda könül istərdi ki, fərqli futbolçularla da komandanı gücləndirəsən. Amma əlimdə olan oyunçulardan da hər zaman razıyam. Onların potensialı daha çoxdur. Sadəcə bəzən zamana ehtiyac olur ki, müəyyən futbolçular da potensialını açmaqdan ötrü daha çox məşq etməli, daha çox oynamalı olur. Ümumən durumumuzdan məmnunuq. Əlimizdə olan imkanlara uyğun ən yaxşısını etməyə çalışırıq".
Baş məşqçi yeni bir oyunçunun transferi üçün rəhbərlikdən razılıq aldığını və danışıqların yekunlaşmaq üzrə olduğunu açıqlayıb:
"Ən yaxşı variantımız futbolçularımızın ideal, pik formada olmasıdır. Danışıqlar gedir, rəhbərlik razılıq verib. Bəlkə bir futbolçu ilə gücləndik. Bu gün xəbər olmalıdır, gözləyirik. Ola bilsin ki, maksimum 1 futbolçu gətirək. Bizim bu dəqiqə ən yaxşı "silah"ımız futbolçuların yaxşı formada olmasıdır. Onlar da çalışır, istəklidirlər. Düşünürəm ki, yaxşı olar".
Rəşad Sadıqov gəlməsi gözlənilən oyunçunun konkret hansı mövqedə oynayacağını dəqiqləşdirib:
"Hücum mövqeyinə gətiririk. Sırf hücumçu deyil. Amma həm hücumçu kimi də oynayır, həm də vingerdir". (sportal.az)
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu
Levandovski "Barselona"dan gedir
“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”
PSJ çempion olub Fransa tarixinə düşdü
Nəriman oynadı, komandası uduzdu
Qadın komandası üçün 13 milyonluq möhtəşəm baza - Video
"İnter" İtaliya kubokunu da qazandı