"Şamaxı" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Baş məşqçi dumanlı hava şəraitinin hər iki tərəfə çətinlik yaratdığını, hətta 60-cı dəqiqədən sonra digər cinahı görməkdə çətinlik çəkdiklərini bildirib:
"Hava şəraiti hər iki komanda üçün çətinlik yaradırdı. Futbolçular sona qədər mübarizə apardılar. “Qarabağ” kimi güclü rəqiblə iki oyun keçirmək nə qədər ağır olsa da, bu həm futbolçularımız, həm komandamız, həm də gələcəyimiz üçün ciddi təcrübədir. Demək olar ki, cütün taleyi cavab görüşünə qaldı. “Qarabağ” sıx qrafikdə oynayırdı və heyətdə itkilər var idi. Buna baxmayaraq futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı yerinə yetirdilər. Sonradan isə yorğunluq özünü göstərdi. Biz də sıx qrafikdəyik, ardıcıl ağır matçlar keçiririk. Davam edəcəyik. Beş gün sonra yenidən “Qarabağ”la üz-üzə gələcəyik. Yaxşı bərpa keçib, həmin oyuna tam hazır olacağıq".
O, "Sumqayıt"da işləyərkən kubokda "Qarabağ"ı keçdiyini xatırlatsa da, bu dueldə də favoritin Ağdam təmsilçisi olduğunu gizlətməyib.
Mütəxəssis sıx qrafikdə oynadıqlarını və heyət genişliyi olmadığı üçün rotasiya imkanlarının məhdudluğunu etiraf edib:
"Heyətimiz geniş deyil, ona görə də böyük rotasiya etmək imkanımız yoxdur. Beş gündən bir oyunlar keçiririk. Təbii ki, bu qrafikdə futbolçular tam gümrah olmur, yorğunluq yaranır. Amma komandadakı balansı qorumaq və oyun keyfiyyətini yüksəltmək üçün də mütləq oynamaq lazımdır.
“Qarabağ” kimi güclü komandalarla matçlarda hər şey üzə çıxır. Belə rəqiblərlə mübarizə aparmaq bizim üçün həm sınaqdır, həm də inkişaf imkanıdır. Çempionatda hədəfimiz bəllidir: yerimizi qorumaqla yanaşı, mümkün qədər yuxarı pillələrə qalxmaq istəyirik".
A.Abasov "Qarabağ"la qarşılaşmalarına baxmayaraq, iddialı olduqlarını və təslim olmayacaqlarını vurğulayıb:
"Bu gün həyatın özü mübarizədir. Hər kəs hansı sahədə olursa-olsun, imkanları daxilində irəli getmək, inkişaf etmək istəyir. Əlbəttə, biz də niyə istəməyək? Amma qarşımızda “Qarabağ” kimi güclü rəqib var və ondan sonra kimlərlə üz-üzə gələcəyimiz də məlumdur.
Futbol elə budur. Biz mübarizə aparacağıq. Oyundan əvvəl “təslim olaq” kimi düşüncə bizdə yoxdur. Rəqib nə qədər güclü olsa da, hər komanda meydanda sona qədər savaşır".
Ayxan Abbasov növbəti turda "Qarabağ"la keçiriləcək oyunda hava şəraitinin yaratdığı potensial problemlərdən danışıb:
“Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl stadion qarlı idi, amma matç təxirə salınmadı. Həmin vaxt deyilmişdi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir".(sportal.az)
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi