Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sabah" və "Qəbələ" klubları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis komandasının performansından narazı qaldığını gizlətməyib. O, "Sabah"ın ortalamadan aşağı çıxış etdiyini, istədikləri pressinq və hücum planlarını reallaşdıra bilmədiklərini vurğulayıb. Dambrauskas rəqibi təbrik edərək, "Qəbələ"nin onları çox yaxşı analiz etdiyini bildirib.
Baş məşqçi noyabr ayından bəri davam edən qol seriyasının qırılmasını komandanın kuboka az köklənməsi ilə əlaqələndirməyib. O, həmçinin start heyəti ilə bağlı seçimlərindən danışıb:
"Bu gün meydana çıxdığımız start heyəti zəif adlandıra bilmərik. Stefan Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. İlk 11-likdə hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdü".
Dambrauskas kuboku çempionata qurban verəcəkləri barədə iddiaları qətiyyətlə rədd edib:
"Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxırıq. Mənim üçün növbəti matç prioritetdir. Bu gün komanda oyununda çox zəif çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Amma cavab matçı var və istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik".
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi