Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt" və "Zirə" klubları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Sumqayıt" klubunun baş məşqçisi Saşa İliç matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis meydanda bərabər səviyyəli oyun getdiyini və nəticənin ədalətli olduğunu bildirib. O, kubok matçı olduğu üçün komandanın ehtiyatlı davrandığını vurğulayıb.
Baş məşqçi 3 gün sonra çempionatda yenidən "Zirə" ilə qarşılaşacaqları barədə danışıb:
"Xüsusi planımız yoxdur. Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki dəfə üz-üzə gəlmək, əlbəttə ki, asan deyil. Buna baxmayaraq uğurlu nəticə qazanmaq üçün optimal heyəti formalaşdırmağa çalışacağıq".
Mütəxəssis oyunun sonlarında rəqibin təhlükəli epizodlar yaratmasını müdafiə səhvləri ilə yox, bəzi futbolçuların zədədən sonra tam 90 dəqiqəyə hazır olmaması və gənc oyunçuların təcrübəsizliyi ilə əlaqələndirib:
"Futbolda belə epizodlar olur. Bizim də qol imkanımız vardı. Səbuhi Abdullazadənin zərbəsi müdafiəçi tərəfindən bloklandı, ardından rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə zəif oynadığımızı düşünmürəm. Sadəcə bəzi futbolçularımız zədədən sonra hələ 90 dəqiqə oynamağa tam hazır deyil. Xüsusilə gənc oyunçuları qeyd edərdim. Bu səbəbdən müəyyən dəyişikliklər etməliyik və bunun oyuna təsiri ola bilər".
S.İliç komandanın ötürmələrdə yol verdiyi səhvlərə və hava şəraitinə də toxunub:
"Düz qeyd edirsiz, səhvlər oldu. Həmişə demişəm ki, daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz".(sportal.az)
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi