Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb.
QOL.az xəbər verir ki, artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsində bölüşüb.
- İlk dəfə belə mötəbər yarışa təyinat aldın. Atmosfer necə idi?
- Demək olar, fərqli bir atmosfer idi. Qitənin ən nüfuzlu futzal yarışı, üstəlik 4 ildən bir keçirilir və ilk dəfə Azərbaycan hakimlik məktəbinin üzvü də orada təmsil olunur. Karyeramın indiyə qədər olan hissəsinin ən həyəcanlı və qürurverici yarışı idi. İstər təşkilatçılıq, operativlik, komandaların oyunlara hazırlıq və yanaşması, istərsə də oyunların səviyyəsi, sürət, intizam, taktiki gedişlər və s. tam fərqli idi. Bu cür oyunları idarə edən hakimlər də zövq almaqla yanaşı, daha məsuliyyətli olurlar.

- Final mərhələsində ilk təyinatın Ermənistan – Ukrayna oyununa oldu. Timekeeper kimi olsa da, həmin matçda iş başında olmağın bir həyəcanı var idimi?
- Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyacan yerini oyunun atmosferinə buraxır.
- Baş hakim kimi Ukrayna – Litva görüşünü idarə etdin. Hakim-inspektor idarəçiliyinlə bağlı nə dedi?
- Birinci turdan sonra qrupda vəziyyət gərginləşmişdi. Ukrayna yenilmiş Litva isə heç kimin gözləmədiyi halda Çexiya kimi güclü rəqiblə heç-heçə etmişdi. Bu dueldə Litva futzalçıları qələbə qazansaydı, Ukrayna mübarizəni dayandıracaqdı. Ona görə oyunda gərginlik çox idi. Üstəlik, Litva həm də təşkilatçı ölkələrdən biri idi, doğma meydanda oynayırdı, azarkeşlər arenanı doldurmuşdu. Bu da oyuna əlavə rəng qatırdı. Görüşü yaxşı idarə etdik, ciddi, oyunun nəticəsinə, ruhuna təsir edən səhvlərimiz olmadı. Matçdan sonra hakim-inspektor hansısa iradlarının olmadığını və idarəçiliyimizi yüksək balla qiymətləndirdiyini bildirdi.
- Gürcüstan – Fransa matçında isə üçüncü hakim oldun. Oyunun gərginliyini nəzərə alsaq, işin çox idi?
- Həqiqətən də qarşılama gərgin keçdi. Fransa favoritlərdən idi, onlara heç-heçə də sərf edirdi. Gürcüstan isə ilk oyunda Latviyaya yenildiyinə görə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Belə vəziyyətdə texniki zonada yer alan məşqçilər və oyunçular daha çox emosional olur, hər qərara çılğınlıqla reaksiya verirlər. Belədə də üçüncü hakimin işin çətinləşir. Ümumiyyətlə, bu cür turnirə təyinat alan hakimlərdən heç birinin işi az olmur, məsuliyyəti böyük olur. Aldığım qiymətlər göstərdi ki, hər 3 təyinatda hakim kimi üzərimə düşən işlərin öhdəsindən layincə gəlmişəm.

- Bəs qrup mərhələsindən sonrakı oyunlara təyinat almamağın nə ilə bağlıdır?
- Qrup mərhələsi başa çatdıqdan sonra oyunların sayı demək olar, yarıbayrı azalır. Ona görə də UEFA hakimlərin bir hissəsini turnirdən azad etdi. 12 hakim geri göndərildi ki, onların da əksəriyyəti ilk dəfə təyinat alanlar idi. UEFA oyunların gərginliyini və ağırlığını nəzərə alaraq, pley-off mərhələsində daha təcrübəli referilərə təyinat verir. Aralarında elə hakimlər var ki, onlar 3-cü dəfə Avropa çempionatının final mərhələsində iştirak edirlər.
- Ümumiləşdirsək, Avropa çempionatında hansı yeniliklərlə tanış oldun və təəssüratların necədir?
- Əlbəttə, yüksək və xoş təəssüratlarla qayıtdım. Avropanın ən güclü milli komandalarının və hakimlərinin iştirak etdiyi çempionata qatıldım, oyunlar idarə etdim, yeniliklərlə tanış oldum. Çempionat zamanı ilk dəfə videodəstək sisteminin iş prinsipi ilə tanış oldum, hətta Ukrayna – Litva görüşündə bundan istifadə etdim. Komandaların yüksək futzal bilikləri, göstərdiyi keyfiyyətli görüşlərin şahidi oldum və futzalın nə qədər sevimli idman oyunu olduğuna şahidlik etdim.
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu
Levandovski "Barselona"dan gedir
“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”
PSJ çempion olub Fransa tarixinə düşdü