AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.
QOL.az qurumun saytına istinadən xəbər verir ki, o, müsahibəsində klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə məlumat verib.
- Klubların lisenziyalaşdırma prosesində son durum necədir?
- Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.
- 2026/2027 lisenziyalaşdırma mövsümündə hər hansı yeniliklər tətbiq olunubmu?
- Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən II Liqanın bütün klubları, eləcə də Region Liqasından II Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə II Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər.
- Lisenziyalaşdırma prosesi hazırda konkret olaraq hansı mərhələdədir?
- Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir.
- Lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə nə deyə bilərsiniz?
- Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən “Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi”nə start verilib. İlkin mərhələdə Premyer Liqa və I Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.
Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır.
- Ümumilikdə bu tədbirləri keyfiyyət və kəmiyyət baxımından necə dəyərləndirərdiniz?
- Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/27 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi