Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Qarabağ" və "Turan Tovuz" klubları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis qarşılaşmanın gərgin keçdiyini vurğulayaraq oyunun ritmini tutmağın çətinliyinə diqqət çəkib və futbolçularının əzmkarlığını yüksək qiymətləndirib:
"Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstünlüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər".
Baş məşqçi "Liverpul" səfərindən (6 saatlıq uçuş) sonra yorğunluq olmasına baxmayaraq əsas heyətə güvənməsini çempionatdakı rəqabətlə əlaqələndirib. O, zədə qorxusu olduğunu, lakin oyunçuların xarakter göstərərək qalib gəldiyini vurğulayıb.
Qurban Qurbanov hakim Elçin Məsimovla bağlı iradlarına da aydınlıq gətirib. O, oyunun tez-tez dayanmasının ritmi pozduğunu, lakin fasilədə hakimlə danışaraq anlaşdıqlarını qeyd edib:
"Hakimlərə nəsə tövsiyə etməyə ehtiyac yoxdur, sadəcə uğurlar arzulayıram. Oyun çox tez-tez dayanırdı. Elçin Məsimovun idarə etdiyi matçlarda adətən özümü daha rahat hiss edirəm. Avropa təcrübəsi böyükdür və bu da məndə əlavə güvən yaradır. Matç zamanı müəyyən emosiyalara qapılıb etirazımı bir az sərt formada bildirdim. Fasilədə onunla danışdım və etirazımın nədən qaynaqlandığını izah etdim. Normal qarşıladı. Oyun tez-tez dayandıqda futbolçuların ritmi də pozulur. Amma bütün bunları ən yaxşı onlar bilirlər".
Ağdam klubunun çalışdırıcısı İbrahima Vadji ilə bağlı epizodda qırmızı vərəqə verilməməsini doğru qərar sayıb, vurulan qolda isə ofsayd olmadığını öz kameraları vasitəsilə dəqiqləşdirdiklərini bildirib.
Q.Qurbanov Çempionlar Liqasındakı uğurları münasibətilə bəzi yerli klubların təbrik paylaşımı etməməsinə və "Sabah"ın çempionluq yarışındakı yüksəlişinə münasibət bildirib:
"İnanın ki, kimin təbrik edib-etməməsi ilə dərindən maraqlanmamışam. Dünya praktikasında bu cür hallar var, rəqabət olan yerdə bunu normal qarşılayıram. "Sabah"ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır".
Sonda təcrübəli mütəxəssis qarşıdan gələn vacib oyunlar və meydança amili barədə narahatlığını dilə gətirib:
"Çox narahatam. "Nyukasl"la matçdan əvvəl iki Şamaxı səfərimiz var. "İmişli" ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma futbolçuların oyun təcrübəsinə də ehtiyac var".(sportal.az)
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu
Levandovski "Barselona"dan gedir
“Sabah” məni transfer edəcək, razılığa gəlmişik”