Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Araz Naxçıvan" və "Neftçi" klubları ilə üz-üzə gəlib. "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi rəqibinə 4:0 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Araz Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis birinci hissənin onlar üçün uğursuz alındığını, standart vəziyyətlərdən və diqqətsizlikdən qollar buraxdıqlarını bildirib. O, ikinci hissədə epizodlar yaratsalar da, futbolçularda hücum futbolu oynamaq üçün lazım olan psixoloji hazırlığı görmədiyini vurğulayıb.
Demçenko rəhbərliyin tələbkarlığı və istefa ehtimalı barədə suala açıq cavab verib. O, komandaya müasir futbol fəlsəfəsini aşılamağa çalışdığını, lakin bunun vaxt tələb etdiyini qeyd edib:
"Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək asan deyil. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Biz müasir futbolun tələbini yerinə yetirmək istəyirik. Burada qalmağım zamanla bilinəcək və nəticədən asılıdır".
Baş məşqçi Felipe Santos, Ramon Maçado kimi aparıcı oyunçuların ehtiyatda qalmasına da aydınlıq gətirib:
"Mənim üçün birinci olan məşq prosesidir. Kim mənim fəlsəfəmi daha tez qavrayırsa, o da oynayır. Felipe Santos qeyri-standart oyunçudur, amma futbol təkcə hücumdan ibarət deyil. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır".
Mütəxəssis həmyerlisinin Ukraynadakı fəaliyyətinə bələd olduğunu, lakin bu gün əsas diqqəti rəqibə yox, öz komandasının oyun sistemini qurmağa yönəltdiyini bildirib:
"Vernidubu yaxşı tanıyıram, Ukraynada işləyib. Onun işini də izləmişəm. Amma bu gün biz öz oyunumuzu öyrətməyə və tətbiq etməyə çalışmalıyıq".(sportal.az)
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi