Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz" "Şamaxı"nı qəbul edib. Matç "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.
Mütəxəssis rəqibin "Qarabağ"la oyundan sonra yüksək motivasiyalı olduğunu, lakin komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb. O, bu qələbənin turnir cədvəli baxımından strateji əhəmiyyət daşıdığını bildirərək futbolçularının reaksiyasından məmnunluğunu ifadə edib:
"Çempionatda ən vacib qələbələrimizdən birini qazandıq. Rəqib "Qarabağ" səfərindən sonra yüksək motivasiya ilə çıxmışdı. Bu gün futbolçularımın oyundan sonra göstərdiyi reaksiya və məsuliyyət məni xüsusilə sevindirdi. Mən bu ruhu tanıyıram. Bu, komandamın xarakteridir. Artıq rəqiblərimizdən birinin mövqeyinə yaxınlaşmışıq və bu, gələcək üçün çox vacibdir."
Abbasov komandanı dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edib:
"Onların verdiyi ruh bu qələbənin əsas səbəblərindən biridir".
Baş məşqçi məğlubiyyətlərdən sonra ünvanına səslənən tənqidlərə də münasibət bildirib:
“Məğlubiyyətlərdən sonra tənqidlər yaranır, deyirlər ki, iki yerdə işləmək guya problemdir. Bilirəm, uduzanda belə söhbətlər olur. Mən isə istirahət günlərimdə belə işləyirəm”.
Ayxan Abbasov Azərbaycan kubokunda “Qarabağ”a qarşı oyunda heyətdə dəyişikliklərin olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib:
“Mən hələ bu barədə düşünməmişəm”.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi