Peşəkar Futbol Liqası Misli Premyer Liqası matçlarının tamaşaçılar üçün daha da rəngarəng olmasına hədəflənmiş pilot layihə həyata keçirəcək.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən, yayım zamanı xüsusi qrafikalar tətbiq ediləcək.
Layihə iki qarşılaşmanı əhatə edəcək. Nümayiş üçün yanvar ayının 31-də keçiriləcək “Zirə” – “Sabah” və fevralın 1-də baş tutacaq “Qarabağ” – “Turan Tovuz” matçları seçilib. Pilot layihə PFL-in razılığına əsasən Misli Premyer Liqasının rəsmi yayımçısı "CBCSport" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.
Yeni qrafika oyunun əsas taktiki və statistik məqamlarını canlı yayım zamanı vizual şəkildə təqdim etməklə, tamaşaçıların oyunu daha əhatəli, bol məlumatlı izləməsinə imkan yaradacaq. Qrafik elementlər standart vəziyyətlər, topa nəzarət dinamikası, mübarizələrin zonalar üzrə bölgüsü, hücum istiqamətləri və oyunçuların fərdi fəaliyyətləri ilə bağlı əlavə kontekst təqdim edəcək.
Pilot layihə çərçivəsində həmçinin oyunçuların statistik kartları, penalti epizodları ilə bağlı məlumatlar və komandaların müdafiə xəttinin fəaliyyətinin dəyərləndirməsi kimi göstəricilər də efirdə əks olunacaq. Bu elementlər oyunun gedişini və taktiki xüsusiyyətlərini daha dolğun izah etməyə xidmət edəcək.
“İnSports” beynəlxalq şirkət olduğundan qarşı tərəfin futbolçularımızla bağlı müraciətinə əsasən mövqe adları və bəzi abreviaturların təqdimatı zamanı auditoriyanın genişlik imkanı nəzərə alınaraq ingilis dilindən istifadə olunacaq.
Layihənin əsas məqsədi Misli Premyer Liqasının televiziya yayımının keyfiyyətini artırmaq və azarkeşlərə oyunun analitik tərəfini daha vizual və anlaşılan formada təqdim etməkdir.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi