"Sumqayıt" ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 18-ci turunda "Karvan-Yevlax"a qalib gəldikləri oyun (2:0) barədə danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında komandasının oyunundan tam razı olmadığını deyib:
"Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı deyiləm. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır".
Mütəxəssis bu gün Premyer Liqada debüt edən futbolçusu Nihad Orucəlini də dəyərləndirib: "Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçular aparmışdıq. Sevindirici haldır ki, bu gün Nihada şans verdik. Döyüşdü, mübarizə apardı. Məncə, qənaətbəxş performans göstərdi.
S.Siliç Pedro Pinto ilə yollarını ayırmaqlarının səbəbini də açıqlayıb: "Bu, futboldur, belə şeylərin olması normaldır. Ona təklif gəldi və dəyərləndirdi. Pedronun mövqeyində oynada biləcəyimiz futbolçular var".
O, "İlk hissədə "Sumqayıt" üstün oynadı. İkinci yarıda isə oyun bərabər getdi. Bu, sizin tapşırığınız idi" sualını belə cavablandırıb: "Əvvəl də qeyd etdim ki, bu, bizim səhvlərimizdən irəli gələn bir şey idi. Ötürmələrdə səhvlər çox oldu. Buna görə də oyunun tempi aşağı düşdü".
S.İliç sonda "Zirə" ilə həm kubokda, həm də çempionatda qarşılaşacaqsız. Heyətdə rotasiyalar edəcəksiniz" sualına cavab verib: "Hər iki oyun bizim üçün çox vacibdir. Amma indi dəqiq nəsə deyə bilmərəm. Hələ kifayət qədər vaxt var. Zədələr ola bilər".
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi