Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında “pley-off”a vəsiqə qazanan “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.
QOL.az-ın xəbərinə görə, püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Azərbaycan çempionu “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Bu o deməkdir ki, “Qarabağ”ın “pley-off”da rəqibi ya 11-ci yeri tutan “PSJ” (Fransa) və ya 12-ci olan “Nyukasl” (İngiltərə) olacaq.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.
Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.
Bunu da qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi isə 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə qarşılaşacaq.

İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video