"Sabah" üçün yubiley qələbəsi

"Sabah" üçün yubiley qələbəsi
PREMYER LİQA 26 Yanvar 2026 / 12:32 972
-  A +

“Sabah” Misli Premyer Liqasının XVII turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb. 

Qeyd edək ki, “Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner