AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov qurumun mətbuat xidmətinin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, o, müsahibəsində aşağı yaş qrupu üzrə liqalardakı dəyişiklikləri dəyərləndirib və gələcək planlardan bəhs edib.
- AFFA-nın liqalarında iştirak edən komandaların nümayəndələri ilə ötən ay görüşlər təşkil olunmuşdu. Həmin görüşlərin məqsədi nə idi?
- Bildiyiniz kimi, 2025-2026-cı illər mövsümü başlamazdan əvvəl də belə görüşlər təşkil edilmiş və liqalardakı ümumi vəziyyət müzakirə olunmuşdu. Hələ o vaxt belə toplanışların yenidən keçiriləcəyi, müzakirələrin davamlı xarater alacağı və fikir mübadilələrinin aparılacağı bildirilmişdi.
Ötən ay yenidən komandalara dəvətlər göndərildi və müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Premyer Liqada iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirildi. Məqsəd liqaların formatlarında edilmiş dəyişikliklərin müzakirəsi, təsiri və əlavə təkliflər idi.
- Tətbiq edilmiş dəyişikliklər nələrdən ibarət oldu?
- Format dəyişikliklərində əsas məqsəd rəqabətli oyunların sayını artırmaq, böyükhesablı məğlubiyyətlərin qarşısını almaq və liqaların daha maraqlı təşkil olunması idi. Görüşlərdə aldığımız rəylərə əsasən, liqalarda rəqabətli oyunların sayı xeyli artdı və iştirakçı komandalar tərəfindən müsbət qarşılandı. Xüsusən də, Millətlər Liqası konseptində təşkil olunan U-15 Liqasının formatı böyük maraqla qarşılandı. Dəyişikliklərə görə, U-16, U-17 və Gənclər Liqasında ilkin mərhələ bitdikdən sonra nəticələrə əsasən A və B qruplarına bölünəcək komandalar müəyyənləşəcək. Bununla rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik.
- Keçirilən son oyunların ardından yeni dəyişkilik və ya təkliflərlə bağlı müzakirələr oldumu?
- Əlbəttə ki, yeni məsələlər müzakirə olundu. Belə görüşlərin təşkil olunmasında əsas məqsədlərdən biri də budur. Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tərtib edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və oyun balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıldı və yekunda bu nüansı aradan qaldıra biləcək qərar qəbul edildi. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab arasındakı fərq 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Fərq 2 qola enəndə isə meydandakı digər əlavə oyunçu meydanı tərk edəcək. Meydana daxil olacaq və ya meydanı tərk edəcək oyunçunu məşqçi müəyyənləşdirəcək. Hesab fərqinə görə meydana əlavə olaraq daxil olacaq oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.
- Mövsümün gedişində daha hansı addımların atılması nəzərdə tutulur?
- Mövsümun gedişində çoxsaylı müraciətləri nəzərə alaraq, qız komandaları olmayan regionlarda U-8, U-9 və U-10 liqlarında 1 qız futbolçunun oğlanlarla birgə oynamasına icazə verildi. Bu təcrübənin bir çox ölkələrdə tətbiqi, həmçinin qeyd olunan yaş qruplarında fiziki olaraq güclərin, demək olar ki, bərabər olduğunu nəzərə alaraq, belə dəyişiklik tətbiq olunub.
Əlavə olaraq bildirmək istərdim ki, Azərbaycan futbolu üçün kifayət qədər işlər görmüş tanınımış mütəxəssis Bəxtiyar Musayev AFFA-da seleksiya məşqçisi kimi fəaliyyətə başlayıb. Bəxtiyar müəllimlə regionlarda baş tutan aşağı yaş qrupu liqalarının oyunları haqqında geniş fikir mübadiləsi aparmışıq. O, hətta ötən ilin son turunda Biləsuvarda təşkil olunan oyunlarda iştirak edib. Belə səfərlərin qarşıdakı həftələrdə də mütəmadi olaraq təşkili nəzərdə tutulub. Məşqçinin bütün regionlara səfəri, seleksiya məqsədilə istedadlı oyunçuların aşkarlanması və bununla bağlı rəhbərliyə hesabat təqdim edilməsi kimi addımlar mövsüm gedişində həyata keçiriləcək.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi