“Düşünürəm ki, yaxşı oyun idi. Həqiqətən düzgün müdafiə olunduq, çox yaxşı hücum etdik və çoxlu qol şansları yaratdıq. Bu, layiqli qələbədir. Ona görə də həqiqətən xoşbəxtik”.
QOL.az xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Jeremie Frimponq UEFA-ya açıqlamasında deyib.
O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda səfərdə "Marsel"ə qalib gəldikləri matçı (3:0) dəyərləndirib. Niderlandlı vinger "Qarabağ"la sonuncu turda keçiriləcək oyuna da toxunub: “Düşünürəm ki, hamı mərhələni 1/8 finalda bitirmək istəyir. Gələn həftə "Qarabağ"la qarşılaşacağıq. Ona görə də ümid edirik ki, bu gün etdiyimizi "Qarabağ"la oyunda da təkrarlaya biləcəyik”.
Jeremie Frimponq "Liverpul"un 13 oyunluq məğlubiyyətsiz seriyası haqqında da danışıb: “Hər oyunu olduğu kimi qəbul edirik. Bəli, hazırda yaxşı seriyamız var. Ümid edək ki, bu, davam edəcək".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-a keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Liverpul" 15 xalla 4-cü, "Qarabağ" isə 10 xalla 18-ci pillədə qərarlaşıb.
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı