"Alqışlara görə çox sağ olun, təşəkkür edirəm. Azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular. Bəlkə bizdən daha çox qalibiyyəti istəyən azarkeşlərimiz var idi. Onların duaları bizə böyük zəfər nəsib etdi".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 3:2 hesablı vacib qələbəni belə şərh edib: "Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Qələbə üçün təkcə istək, aqressiya yox, intizamlı oyun oynadılar. Bəzi oyunlarda olmayan intizam bu gün var idi. Sona qədər intizamı pozmamağı, qələbəyə inanmağı gördük. Futbolçularımız, azarkeşlərimiz və Azərbaycan futboluna adına çox sevindik. Qalibiyyətlərə inanıram. Dünya praktikasında bunu görmüşük. Hansı ki, zəif sayılan komandalar böyük komandalara qalib gəlir. Amma ümumən bu cür hallara inanıram".
Q.Qurbanov bir daha qeyd edib ki, komandası bu oyuna yaxşı hazırlaşmışdı: "Antalyada hazırlıq oyunlarından sonra demişdim ki, futbolçularımdan çox razıyam. Sadəcə bir oyun da əlavə oynasaydıq, komanda daha optimal formada olardı. Vaxtımız az oldu. Amma bizim özümüzün üstün cəhəti nədirsə, maksimum onu yaxşılaşdırmağa çalışdıq. Rəqibə görə bir neçə xırda detallar əlavə etmişdik. Şükürlər olsun ki, alındı. Komandam yaxşı hazırlıq keçmişdi. Qələbə çox gözəl idi, 3 qol möhtəşəm oldu, amma bunu yaxşı oyunla və yaxşı hücumlarla əldə etmək mənim üçün sevindirici haldır. Daha sadə, daha sərbəst, daha güvənli, daha cəsarətli olmağa çalışdıq. “Ayaks”la oyundan sonra futbolçular çox üzgün idi. Onu geridə qoyub, şansımızdan maksimum istifadə etmək haqda danışırdıq".
Q.Qurbanov növbəti turda "Liverpul"a qarşı oyunda da komandasının istəkli olacağını bildirib: "Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil. İngiltərənin ən çılığın azarkeşləri olan klubudur. Həmin oyunda futbolçularımdan çəkinməyərək oynamağı deyəcəm. Böyük futbol dedikdə, elə bir nömrəli stadionlardan biri “Enfild Roud”dur. Ən davakar azarkeşləri ilə seçilib, Avropanın bütün şəhərlərində bir problem yaradıblar. Belə stadionda oynamaq futbolçularıma böyük ləzzət verməlidir. Futbolçulardan bunu tələb edəcəm ki, minimum bugünkü oyunu qoruyub-saxlasınlar. Xeyirlisi. Allah köməyimiz olsun. Azarkeşlərimizin də bu oyundan həzz almasını istəyərdim".
"Qarabağ"ın çalışdırıcısı Azərbaycan Prezidenti İlham Əliyevin qələbə münasibəti ilə onları təbrik etməsi ilə bağlı da danışıb: "Cənab Prezident də bizi təbrik edib. Sağ olsun, təşəkkür edirəm. Mən də cənab Prezidenti və xalqımızı təbrik edirəm".
"Bəhlul Mustafazadə buraxılan qollarda səhvləri oldu. Məşhur kinoda deyilmişkən, “onu bağışlamaq olarmı”? sualını Q.Qurbanov belə cavablandırıb: "Niyə də yox? Futbol xəta oyunudur, belə hallar olur. Əfsuslar olsun ki, ən çox xətaları müdafiəçilər edir. Bəhlulun da bəxti gətirməyib ki, müdafiəçi olub (gülür). Hamının başına belə hallar gəlir. “Ayntraxt”a qoluna görə, bu günə qədər olan xətalarını bağışlamaq olar(gülür).
Q.Qurbanov hakim idarəçiliyi ilə bağlı da fikirlərini bildirib: "Məncə, əlavə şərhə ehtiyac yoxdur. Mən də Duranın epizodunda sizin kimi əsəbiləşdim, amma özümü tez ələ ala bildim. Normaldır, futbolda belə hallar olur. Çox geniş, çox ətraflı və çox düzgün cavabı elə cənab Prezident bildirib. Ona bir daha təşəkkür edirəm".
- Futbolu olmayan bir ölkənin təmsilçisi olaraq dünyanın ən güclü klub turnirində sona bir tur qalmış “Barselona” kimi klubla eyni xala malik olmaq, Almaniya klubunu Bakıdan əliboş yola salmaq necə hissdir?
Q.Qurbanovun cavabı belə olub: "Futbolu olmayan ifadəsi bir az ağır olar. Futbolumuz var. Sadəcə daha da yaxşı inkişafa ehtiyac var. İnanıram ki, hər şey pillə-pillə daha yaxşı olacaq. Yeni rəhbərlik, yeni ideyalar var. O sıralarda olmağa gəldikdə, bunlar əlbəttə ki, qürurvericidir. Hər zaman demişəm ki, hər böyük qalibiyyət gələcəyə böyük inam verir. Belə qələbələr məni məşqçi kimi, futbolçularımı futbolçu kimi, klubun daha da böyük olması üçün fürsətdir. Bu cür klubların Bakıya gəlməsi, qələbələr qazanmağımız futbolu azarkeşlərimizə sevdirir. Azarkeşlər də gəlir. Belə olan halda, nəticəni Allah bizim istəyimizə görə verir, bir də azarkeşlərin istəyinə görə. Cəm şəkildə yaxşı qalibiyyətlər olur".
Baş məşqçi kapitan Abdullah Zubirin oyunu ilə bağlı da danışıb: "Belə oyundan sonra çatışmazlıqdan danışmaq düzgün olmaz. Bizim elə oyunçularımız var ki, ola bilər ki, onların qol epizodu az olsun, amma onun etdikləri bizim oyun balansını qoruyub-saxlamaq üçün ən vacib məsələlərdir. Zubir də ən vacib oyunçulardandır. O, komandada ən çox topla davranan oyunçudur. Elə oyunçu var ki, 40 dəfə topa toxunur, Zubir hər matçda 70-90 dəfə topla təmasda olur. Bu da topun bizdə nə qədər çox qalması deməkdir. Həm hücumda, həm də müdafiədə ondan razı qaldım. Meydanda ən hərəkətli oyunçulardandır".
Q.Qurbanov zədədən əziyyət çəkən Kadinin “Liverpul”la oyuna hazır olmayacağını qeyd edib: "Böyük ehtimalla oynamayacaq. Bir az ağrı var ayağında. Ona vaxt lazım olacaq".
Təcrübəli mütəxəssis "Azərbaycan xalqı və futbolu üçün nə etdiyinizin fərqindəsiz?" sualını isə belə cavablandırıb: "Allah hər zaman xalqımızı sevindirsin. İnanın ki, belə nə etmişəm deyə, fikrim yoxdur. Sadəcə bir fikrim olub ki, azərbaycanlı olaraq üzərimə düşəni layiqli şəkildə yerinə yetirim. Hər birimizin üzərinə bir borc düşür və bunu yerinə yetirməliyik".
Q.Qurbanov matçın sonunda Elvin Cəfərquliyevin onu qucaqlayaraq qulağına nəsə pıçıldaması ilə bağlı da danışıb: "İnanırsınız, heç eşitmədim(gülür). Yəqin ki, heç nə deməyib, siz demişkən nəsə pıçıldayıb. Axır vaxtlarda Elvini çox sıxırdım, çox danlayırdım. Bugünkü oyuna görə yox, mənə elə gəlir ki, Elvinin bu gün ən intizamlı, ən təcrübəli oyunlarından biri və birincisi idi. Elvində müdafiədə səhvləri çox görmüşük, hücuma gedəndə müdafiəyə ləng qayıtdığını görmüşük. Ona deyirdim ki, bu kənardan bir az məsuliyyətsizlik kimi görünür. Bu gün onu tam təcrübəli futbolçu kimi gördüm. Onu başa düşürdüm. Sadəcə gücünü düzgün bölüşdürə bilmirdi. O qədər cəsarətli hücuma gedir ki, hər qurulan hücumda iştirak edirdi. Bu gün demişdim ki, biz hələ tam hazır deyilik, gücümüzü düzgün bölüşdürməliyik. Məşqlərdə ondan razı idim, birinci hissədən sonra da fikrimi bildirmişdim. Yəqin görüb ki, ondan razıyam, gəlib məni qucaqlayıb".
Son qoldan əvvəlki korner zamanı Q.Qurbanov iki futbolçuya geriyə qayıtmasını göstəriş verib. Həmin epizoddan sonra Bikalyo topu ələ keçirib və hücumu başladıb ki, bu da qolla nəticələnib. Baş məşqçi bununla bağlı deyib: "Oyunun gedişatında olan epizod idi. Əvvəlki kornerlərdə “Ayntraxt” öndə oyunçu saxlamırdı. Amma sonuncu kornerdə öndə 2 oyunçu mərkəzdə qaldı. Ona görə, Aleksey Kaşuk və Elvin Cəfərquliyev arxaya keçdi. Risk olmasın deyə, Bikalyonu geri çağırdım ki, sığortalasın. Amma bunu düşünməmişdim".
Q.Qurbanov onu da deyib ki, təriflənməyini də istəmir, tənqid olunmağını da: "Heç istəmərəm ki, məni tərifləsinlər. Bunu ürəkdən deyirəm. Mən sadəcə öz işimi görməyə çalışıram. Düzü, təndiq də etmələrini istəmərəm. Çünki insanıq, bilmirik ki, kimin hansı problemləri var. Bu gün siz bilmirsiniz ki, mənim hansı problemlərim var, bəlkə mənim həyatda problemlərim var, ya futbolçularımın həyatında problem var, özümüzü bəzən tam motivasiya edə bilmirik. Tərif-tərif, sonda bəzən görürsən ki, insan işində, həyatda elə səhv edir ki, o təriflər hamısı qalır geridə. İstəmərəm ki, sabah belə hallar olsun. Öz xalqımı, millətimi çox istəyirəm. Hansı tənqidlər olsa, nə olasıdı ki? Özümüzük, qardaş-bacı...Normal qəbul edirəm. Sadəcə tərif istəmirəm".
“Qarabağ”dan möhtəşəm qələbə!
Levandovski okeanın o tayına yollana bilər
ÇL-də 100-cü oyununa çıxdı
“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem yarandı
Afrika Kubokunun ən yaxşıları bilindi
"Qalatasaray" - "Atletiko" matçının start heyətləri
"Aston Villa" futbolçusunu vaxtından əvvəl geri qaytardı
“Qarabağ”ın “Ayntraxt”la oyun üçün heyəti
"Everton"un futbolçusu sıradan çıxdı
Türkiyə superliqasında matçların tarixi dəyişdirildi
Ronaldonun heykəli yandırıldı - Video
"Kəpəz" yoxlama oyunlarında yetirmələrinə şans verdi
Premyer Liqada 3-cü dəfə turun ən yaxşısı seçildi
“Roma”da ayrılıq
"Trabzonspor" ukraynalı futbolçunu "Anderlext"ə satdı
Xabi “Liverpul”u çalışdıra bilər
"Real"ın tarixinə düşdü
"Karvan-Yevlax" üç futbolçusu ilə yolları ayırdı
"Jirona" güclənir
“Arsenal”dan ÇL-də yeni klub rekordu
Ter Ştegen "Barselona"dan "Jirona"ya keçməsi haqda
"DH Volley" "Abşeron"u sınağa çəkəcək
Gökdeniz Karadeniz "Rubin"dən ayrıldı
"Qarabağ" - "Ayntraxt" oyununa nə qədər bilet satılıb?
“Tofiq Bəhramov” stadionu qardan təmizlənir - Video
"Qarabağ" və "Qalatasaray"ın oyunları bu kanallarda
"6:1 hesabı mənim xidmətim deyil" - Alvaro Arbeloa
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Çempionlar Liqası ilə vidalaşacaq iki komanda bəllidir
Bu mövsüm ÇL-də 1/8 finalı təmin edən ilk komanda oldular
"Real" 6 qolla özünə gəldi - Video
Ter Ştegen rəsmən "Jirona"da
"Real" və "Arsenal"dan qələbə, PSJ uduzdu
“Tofiq Bəhramov” stadionu qara büründü - Video