Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.
QOL.az-ın xəbərinə görə, turun açılış matçı Mançesterdə keçirilib. Derbidə “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.
Bu, “Mançester Yunayted”in müvəqqəti yeni baş məşqçisi Maykl Karrikin rəhbərliyi altında “qırmızı şeytanlar”ın Mançester derbisində ilk oyunu olub. Matç onların tam üsyünlüyü şəraitində keçib və “MY”nin qələbəsi ilə başa çatıb - 2:0.
Qolları Bryan Mbeumo (65-ci dəq.), və Patrik Dorğu (76) vurub. “Qırmızı şeytanlar”ın düz 3 qolu isə VAR-a baxıldıqdan sonra ləğv edilib.
Bu qələbə sayəsində xalını 35-ə çatdıran “Mançester Yunayted” 4-cü yerə yüksəlib. Xosep Qvardiolanın “Mançester Siti”si isə 43 xalla 2-ci yeri tutur. Lakin hər iki komanda ən yaxın izləyicilərinin matçlarının nəticəsindən asılı olaraq indiki mövqelərini itirə bilər.

Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi