“Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında “Arsenal”la oyunda (1:1) baş verən hakim qərarlarına etiraz edib.
QOL.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, italiyalı mütəxəssis yarımmüdafiəçi Moyses Kaysedonun meydandan qovulmasını ədalətli saysa da, hakimlərin qərarlarındakı qeyri-sabitlikdən şikayətlənib. Mareska Kaysedonun Mikel Merinoya qarşı kobudluğuna görə birbaşa qırmızı vərəqə alması ilə razılaşdığını, lakin "Tottenhem"lə matçda Rodriqo Bentankurun oxşar epizodda cəzasız qalmasını tənqid edib:
"Kaysedonun hərəkəti qırmızı vərəqəlik idi. Bəs niyə Bentankur eyni hərəkətə görə cəzalandırılmadı? Hakimlərin niyə fərqli qərarlar verdiyini anlamaq çətindir".
Baş məşqçi həmçinin rəqib oyunçu Pyero İnkapyenin Trevo Çalobaya qarşı hərəkətinə göz yumulmasından da narazılığını dilə gətirib.
Qeyd edək ki, London derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı