Portuqaliya Kubokunun 1/16 final mərhələsində “Atletiku” üzərində 2:0 hesablı qələbəyə baxmayaraq, “Benfika”nın baş məşqçisi Joze Mourinyo komandasının oyunundan ciddi narazılıq bildirib.
QOL.az Portuqaliyanın “Record” nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında rəqibi yüksək qiymətləndirib: Atletiku’nun yaxşı təşkilatlanmış, istedadlı gəncləri var idi və bizə problemlər yarada bilərdilər. Amma biz ilk hissədə çox pis oynadıq. Futbolçuların işə qarşı münasibətinin zəif olması məni natahat edir. Fasilədə dörd dəyişiklik etdim, amma istərdim ki, doqquzunu edim. Hər bir oyuna ciddi yanaşmaq lazımdır”.
Portuqaliyalı mütəxəssis problemlərin taktiki sistemdə deyil, futbolçularda olduğunu deyib:
“Bu gün rotasiya etmişdik və bəzi əsas oyunçular ilk dəqiqədən meydanda deyildi. Mən onlara artıq demişəm ki, oynamadıqları zaman qapımı döyməsinlər. Mən ‘Benfika’nın baş məşqçisiyəm, məsuliyyət mənim üzərimdədir, amma futbolçuların da azarkeşlər qarşısında öz məsuliyyətləri var. Münasibətlə bağlı bəzi şeylər var ki, müzakirə edilə bilməz və mən onları qəbul etmirəm. Mən futbolçuları tənqid edirəmsə, bu, özümü də tənqid etməyim deməkdir, çünki onlardan maksimumu ala bilməmişəm”.
“Benfika” bu mövsüm Portuqaliya Kubokunda 1/8 finala yüksələn ilk klub olub. Mourinyonun komandasının növbəti rəqibi püşkatma ilə müəyyənləşəcək.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?