"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 4-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Oyun haqqında çox qısa deyə bilərəm ki, gərəksiz qol buraxdıq. Komanda əslində yaxşı oynayır, amma qol vəziyyətlərindən istifadə edə bilmirik. Klubda da hər kəs bilir ki, heyətin gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır.
- 4 tur çərçivəsində güclü komandalara qarşı oynadığınızı qeyd etmək olar?
- Təqvim haqda ilk 4 turun ağır olduğunu deyə bilərik. Amma hansı turda olmasından asılı olmayaraq bu komandalarla oynamalı idik. Bu oyuna gəlsək, səmimi deyə bilərəm ki, rəqib bizi çox da üstələmədi. Ehtiyat oyunçularımız azdır. Komandada rəqabət olmalıdır. Biz ötən oyunlara baxsaq, yalnız "Araz-Naxçıvan" bizi qoldan sonra üstələdi.
- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?
- Hazırda millinin baş məşqçisi var axı, Ayxan Abbasov (gülür). Subyektiv fikrimcə, milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar. Çünki mən özüm də bir vaxtlar Gürcüstan millisində çalışmışam. Bu elə bir məsələdir ki, millidə baş məşqçinin oyunçularla çalışmağa çox da vaxtı olmur. Onları qısa müddətdə oyunlara hazırlamaq lazımdır. Psixoloji baxımından baş məşqçinin oyunçulara ötürmək istədiyi fikri yerli məşqçi daha yaxşı edə bilər. Birəbir ünsiyyət həmin anda daha yaxşı effektiv olur. Ayxan Abbasovun 2 gün ərzində millidə olmağı komandada özünü büruzə verdi. Mən demirəm ki, Santuş zəif məşqçidir. Amma yenə bildirirəm ki, yerli məşqçi olsa daha uğurlu ola bilər. (sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə