"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 4-cü turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi.
- Kamilo Duranın oyununu necə dəyərləndirirsiniz? "Benfika" ilə matçda onu meydanda görəcəyik?
- Ümumən pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var, "Benfika"ya qarşı qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik.
- Nəriman Axundzadənin vəziyyəti necədir?
- Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyununadək kollektivə qatılacaq.
- "Qarabağ" Ramil Şeydayevlə anlaşıb?
- Hazırda belə bir reallıq yoxdur. Zədəli futbolçularımız var, oyunçu sayı ilə bağlı çətinliklər ola bilər. Dünən eşitdim ki, "Neftçi"dən ayrılıb. Doğrudur, bu barədə düşünməyə vaxtım olub, amma hələ ki, konkretlik yoxdur. Əlbəttə, dəyərləndirəcəyik. O, bizdə oynamış futbolçudur. Hazırkı hazırlıq səviyyəsini bilmirəm. Buna da baxacağıq.
- Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası olub. Həmin iclasda iştirak etmisiniz?
- Bu həftə iclas olub? Məncə, olmayıb. Ola bilsin, onlayn formatda keçirilib.
- Sizcə, yığmanın növbəti baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?
- Mən də şablon cavab verim? Burada əsas kriteriyalara düzgün əməl olunmalıdır. Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərilərində işləyirlər. Onların işgüzarlığını hər zaman yüksək qiymətləndirmişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz özünü inkişaf etdirməyə çalışır. Bu da nəticə, intizam və kollektivçilik gətirir. Xarici məşqçiləri isə yaxından tanımıram. Ona görə də hər zaman öz məşqçilərimizə üstünlük vermişəm. Millidə də, klublarda da yerli məşqçilərə güvənmək lazımdır.
- Emin Mahmudov sizin millidəki rekordunuzu yenilədi. Bununla bağlı nə deyə bilərsiniz?
- Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər.
- "Benfika"nı gözucu təhlil etmisiniz?
- Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədirlər. Çox dinamik futbol oynayırlar. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq. (sportal.az)
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Belçika millisinin DÇ-2026 üçün heyəti
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
2029-cu ilin yayına kimi "Borussiya"da - Rəsmi
"Mançester Yunayted"də mövsümün ən yaxşısı açıqlandı
Yevlaxda heyətlər açıqlandı
"Zalsburq"dan İngiltərə klubuna
Qarabağdan Belçikaya gedən futbol yolu - "Suqovuşan" turniri
"Everton"un əfsanəsi komandadan ayrılır
Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı
Avropa çempionu: “Qələbəni atama həsr edirəm”
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Rodri ilə müqavilə uzadılacaq
"Mançester Yunayted" Onananı satacaq
Fransa millisinə düşə bilmədi, Əlcəzairi seçdi
"Bavariya" Qordonun transferini bitirir
Onları niyə DÇ-2026-yə aparmamasından danışdı
Azərbaycan taekvondoçusu Avropa 3-cüsü oldu
Fransa millisinin DÇ-2026 üçün heyəti
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"