"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 4-cü turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. "Qarabağ"la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. "Qarabağ"dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna köklənməliyik.
- Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb...
- 2-3 nəfər var. Hamısına suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacağam. Xahiş edirəm, bu barədə sual verməyin.
- "Qarabağ"a yoldaşlıq görüşündə 0:4 uduzmuşdunuz. Kadi həmin matçda da eyni cür qol vurmuşdu...
- Kadi usta futbolçudur. Standart vəziyyət varsa, təhlükədir. Rəqibin standart vəziyyətləri təhlükəlidir. İki nəfər qoya bilmədik. Çünki hamı birəbir oynayırdı. O da yaxşı zərbə endirdi. Ağıllı qol alındı. O dəqiqələrdə oyundan qol vəziyyəti vermişdik. "Qarabağ" çox dinamik futbol oynayırdı, futbolçular çox güc sərf edirdi.
- Demək olar ki, əsas penalti zərbəsi vuranınız artıq Ruan Renatodur, Qismət yox?
- Hələ belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdır. Qismət penaltiçilərdən biridir. Hər an vura bilər. Sadəcə Qismətə ara verdim. Beş ildə cəmi 3 penaltini dəqiq yerinə yetirə bilməyib.
- Fernandu Santuş gələndə millinin qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Millidə potensial görürsünüz?
- İki əməkdaşa cavab verməmişəm, sizə cavab versəm, onlar inciyərlər.
- "Qarabağ" "Sumqayıt"a uduzdu, sizinlə oyunda da xal itirdi. Bunu çempionluq üçün şans kimi dəyərləndirirsiniz?
- Hələ 4-cü turdur. Tək "Qarabağ" yox, "Sabah", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz"u nəzərə alsaq, hər komanda çempion olmaq istəyər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tezdir, yersizdir. Hamı çempion olmaq istəyər. "Sumqayıt" bu mövsüm necə oyun göstərir. Rahatlıqla avrokuboklardan kənar qala bilərsən. Bütün fikrimizi avrokuboklara vermişik.
- Bundan sonra transferlər olacaq?
- Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu dövrdə bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Elə variant olsa, istəyərik. Mövsümün əvvəlində cinahlarda Fuad Bayramov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah müdafiəçisi transfer etdik.
- Hər legionerə görə 200 min manat rüsum ödəməlisiniz. Nə qədər futbolçu götürə bilərsiniz?
- Limit 17-dir. Komandalarımız çox yaxşı transferlər etdi. Bizi futbol adamı kimi sevindirir. Amma rəqib olaraq qayğılandırır. Planımızda 12 legioner idi
- Süni örtüklü meydançalara qarşısız həmişə. "İmişli" Qubada oynayacaq. Ora təbii örtüklüdür. Bu, sizi sevindirir?
- Təbii olaraq bizi çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi. Bütün oyunlar rəqabətli keçir. 1-ci Liqadan gələnlər də yaxşı komanda formalaşdırdılar. Yeganə məqam infrastruktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər. (sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə