Türkiyənin "Beşiktaş" klubu hücum xəttini gücləndirib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi "Atalanta"dan El Bilal Tureni icarəyə götürüb. Bu barədə klubunj mətbuat xidməti məlumat yayıb. Müqavilədə satınalma şərti də var.
Artıq İstanbulda olan 23 yaşlı malili futbolçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, El Bilal Ture ötən mövsüm icarə əsasında "Ştutqart"da çıxış edib. O, Bundesliqa təmsilçisinin heyətində 17 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev