"Mançester Yunayted"in sabiq futbolçusu Erik Bayinin yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü İspaniyanın "Ovyedo" klubuna azad agent kimi keçib.
La Liqa təmsilçisinin rəsmi saytının məlumatına görə, futbolçunun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
31 yaşlı mərkəz müdafiəçisinin son klubu “Vilyarreal” olub. O, ötən mövsüm "sarı sualtı qayıq"da 12 matçında iştirak edib, 618 dəqiqə meydanda olub.
Bayi 7 ildən çox "Mançester Yunayted"də çıxış edib və komanda ilə kubok qazanıb. Müdafiəçi Türkiyənin “Beşiktaş”, Fransanın “Marsel” və İspaniyanın “Espanyol” klublarında da çıxış edib.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video