“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 4-cü tur oyununu keçirib.
QOL.az xəbər verir ki, komanda öz meydanında “Spartak Varna” ilə qarşılaşıb. Görüşdə "Levski" 2:1 hesablı qələbə qazanıb.
Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 12-yə çatdırıb. 4 turdan sonra maksimum nəticə göstərən “Levski” “Ludoqorets”lə birgə 1-2-ci yerləri bölüşür.
"Levski" - "Spartak Varna” - 2:1
Qollar: Marin Petkov, 4 (1:0), Borislav Rupanov, 45 (2:0), Daniel İvanov, 86 (2:1)
Qeyd edək ki, "Sabah" və "Levski" arasında cavab görüşü avqustun 14-də Bakıda olacaq. İlk görüşdə Bolqarıstan klubu 1:0 hesablı qələbə qazanıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi