Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqççisi Jeton Beqiri “Qarabağ” haqda danışıb.
QOL.az xəbər verir ki, o, bu barədə fikirlərini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin FCSB-yə qarşı səfər matçından (2:1, ilk oyun 1:0) sonra bildirib.
“Şkendiya” ilə “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində qarşılaşacaqlar. İlk matç avqustun 5-i Şimali Makedoniyada, cavab görüşü avqustun 12-si Bakıda keçiriləcək.
Keçirdiyi mətbuat konfransında 43 yaşlı mütəxəssis əvvəlcə FCSB-ni keçmələri haqda danışıb:
“Bu, çox emosional bir oyun idi. Lakin mən bütün həftə futbolçulara deyirdim ki, əgər özümüzə inansaq, cəsarətli olsaq və burada qalib gəlməyin mümkün olduğuna inansaq, yalnız o zaman növbəti mərhələyə keçmək şansımız olacaq. Bilirdim ki, imkanlarımız olacaq və şükürlər olsun ki, biz onlardan istifadə etdik və indi Çempionlar Liqasının növbəti mərhələsindəyik. Bu, bütün klubun – illərdir dayanmadan sərmayə qoyan sahiblərdən tutmuş, rəhbərlik, administrasiya, futbolçular və bu gün Buxarestdə bizi dəstəkləyən azarkeşlərə qədər – ortaq uğurudur və onlara təşəkkür edirəm.”
Beqiri Rumıniya tərəfindən olan təxribatçı fikirlər barədə isə bunu deyib: “Mən elə bir insanam ki, hər komandaya hörmət edirəm – təkcə Rumıniya İkinci Liqasının yox, Üçüncü Liqasının klublarına da. Futbol meydanda oynanılır, bəyanatlarla yox. Futbolda fərqi milyonlar və ya avrolar deyil, bəzən həmin an oyuna hansı ürəklə və hansı ehtirasla yanaşdığın yaradır”.
Jeton Beqiri "Qarabağ" haqda isə bunları deyib: “Növbəti rəqibimiz olan “Qarabağ” komandasına mütləq hörmətlə yanaşmalıyıq. Bu, FCSB kimi ciddi və yaxşı təşkilatlanmış bir komandadır. Mənim və futbolçularım üçün əsas məsələ formamıza hörmətlə yanaşıb maksimum gücümüzü sərf etməkdir. Sonrasını meydandakı oyun göstərəcək”.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"