"Trabzonspor"la razılığa gələn ispaniyalı futbolçu Saul Niqes son anda fikrindən daşınıb.
QOL.az xəbər verir ki, bu barədə həm futbolçu özü, həm də klub açıqlama yayıb.
"Atletiko"nun müdafiəçisi ailəvi səbəblərə görə Türkiyə klubuna keçməkdən imtina etdiyini bildirib.
"Trabzonspor"un baş məşqçisi Fatih Tekke bu gün keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı danışıb. O, Saul Niqes haqda sərt sözlər deyib: "Bizdən asılı olmayan səbəblərdən reallaşmayan transferlər oldu. Futbolçular sosial medianın təsiri sayəsində çox arzu olunan mövqelərə çatırlar... Menecerlər də bu sahələri izləyir.
Burada hamımız günahkarıq. Türkiyə fikrimcə, dünyanın ən gözəl yeridir. Trabzonspor hər cəhətdən mükəmməl bir yerdir. Futbolçulara istədikləri hər şey verilir, amma bizi seçməmələrinin bir səbəbi var.

Oyunçular bir çox klublarla danışıqlar aparır. Nəhayət, Türkiyəni seçirlər. Sonra İstanbul, sonra Trabzon. Türk uşaqlarımız isə əllərindən gələni edirlər, amma tənqid olunurlar. Bunu qəbul etmirəm.
Saul Niguez haqqında məlumatım yoxdur. Biz daha yaxşısını tapıb alacağıq. Hər şey öz əlimizdədir. Trabzonu istəməyənlər özündən küssün".
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi