"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, "Benfika"dan Orkun Kökçü heyətə cəlb edilib.
Türkiyə millisinin üzvü ötən gün İstanbula gəlib. 24 yaşlı yarımmüdaiəç ilə bu gün imza mərasimi keçiriləcək.
O.Kökçü bir mövsümlük icarəyə götürülüb. "Beşiktaş" mövsümün sonunda 30 milyon avro ödəyərək futbolçunun transfer hüququnu ala bilər.
O.Kökçü ötən mövsüm "Benfika"nın heyətində meydana çıxdığı 55 rəsmi matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
Əlavə edək ki, O.Kökçü Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün (“Volendam” (Niderland) kiçik qardaşıdır.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu