ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının 1/4 final mərhələsinin sonuncu iştirakçısının da adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, 1/8 finalın son oyununda Dortmund “Borussiya”sı “Monterrey”lə (Meksika) qarşılaşıb. Oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları “Borussiya”dan Qirassi (14, 24), “Monterrey”dən isə Berterame (48) vurublar.
Beləliklə, bu matçdan sonra 1/4 finalda bütün cütlüklər müəyyənləşib.
1/4 final mərhələsinin cütlükləri və təqvimi
(Oyunların başlama saat Bakı vaxtı ilə göstərilib)
4 iyul
23:00. “Fluminense” (Braziliya) — “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
5 iyul
05:00. “Palmeyras” (Braziliya) — “Çelsi” (İngiltərə)
20:00. PSJ (Fransa) — “Bavariya” (Almaniya)
6 iyul
00:00. “Real Madrid” (İspaniya) — “Borussiya Dortmund” (Almaniya)
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi