"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edir.
QOL.az xəbər verir ki, İstanbul klubu Kolumbiya millisinin üzvü Con Duranla güclənir.
21 yaşlı hücumçu artıq İstanbula gəlib. Onu hava limanında klub rəhbərliyi və azarkeşlər qarşılayıblar.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna məxsus olan futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. O, "Fənərbaxça"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Con Duran bu ilin yanvar ayında İngiltərənin “Aston Villa” klubundan “Əl-Nəsr”ə 77 milyon avro qarşılığında transfer olunmuşdu.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri