“Mançester Yunayted”in sabiq futbolçusu Conni Evansı klubda yeni vəzifəyə təyin edilib.
QOL.az xəbər verir ki, 37 yaşlı keçmiş müdafiəçi gənc oyunçuların icarəyə verilməsi üzrə şöbənin rəhbəri olub.
Evans “Mançester Yunayted”in gənc futbolçularının icarə proseslərini nəzarətdə saxlayacaq və onların inkişafına dəstək göstərəcək.
Qeyd edək ki, Conni Evans “Mançester Yunayted”in heyətində ümumilikdə 241 oyun keçirib və 8 qol vurub. O, bir neçə gün əvvəl futbolçu karyerasını başa vurmuşdu.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi