Bu qış "Qarabağ"dan ayrılaraq vətəni Braziliyaya qayıdan Juninyo yeni klubu "Flamenqo"da gözlənilən faydanı verə bilmir.
QOL.az xəbər verir ki, 28 yaşlı hücumçu Rio komandasında meydana çıxdığı 22 oyunda cəmi 3 qol vurub. Bu səbəbdən o, həm azarkeşlərin, həm də yerli medianın tənqidi ilə üzləşir.
Halbuki o, "Qarabağ"ın heyətində, xüsusən avrokuboklarla əla oyunu ilə diqqət çəkirdi. Almaniya nəhənglərindən "Bayer"lə matçlarda vurduğu gözəl qollar isə hələ də yaddaşlardan silinməyib.

"Flamenqo"nun futbol direktoru Joze Boto Braziliya mətbuatına açıqlamasında deyib ki, Juninyonun komandaya daha tez uyğunlaşacağını gözləyirdilər, amma bunu əvvəlcədən təxmin etmək çox çətindir: "Hesab edirik ki, onun hələ göstərə biləcəyi çox şey var. Amma komandada səviyyəli oyunçular olduğu halda, inkişaf üçün imkanlar tapmaq çətinləşir. Bu, əsasən futbolçunun özündən və onun dözümlülüyündən asılıdır”.
O etiraf edib ki, bu transfer konkret bir ehtiyac üçün edilib və məqsədinə çatıb: “Transferin məqsədi yerinə yetirildi. Biz heç vaxt Juninyonu əsas hücumçu kimi 50 qol vuracağı ümidi ilə transfer etməmişdik. Sadəcə həmin mövqedə (hücumda) boşluqlar yaranmışdı və onda bizə lazım olan xüsusiyyətlər vardı. Üstəlik, baha deyildi. Biz bunu əvvəldən bilirdik, ona görə də 15 milyon avro dəyərində bir oyunçu transfer etmədik. Mövsümün bir mərhələsində onun oyun vaxtının azalacağını təxmin edirdik. Məşqlərdə gördüklərimə əsasən isə söyləməliyəm ki, o, indi əvvəlkindən daha yaxşı uyğunlaşıb. Ona görə də Juninyo qazanacağı oyun şansından istifadə etməli və göstərməlidir ki, biz ona arxalana bilərik”.
Klub rəsmisi deyir ki, Juninyo əsas hücumçu kimi yox, Pedro zədəli olduğu dövrdə ona alternativ kimi gətirilib. Pedro komandaya qayıtdıqdan sonra isə Juninyonun oyun vaxtı azalıb, bu da gözlənilən idi.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu