“Aston Villa”dan beş futbolçu ayrılıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Robin Olsen və müdafiəçi Kortni Hausun müqavilələri başa çatıb.
Daha üç futbolçu - Markus Reşford, Marko Asensio və Aksel Disasi icarə müddətinin başa çatması səbəbindən klublarına qayıdacaq.
Hər üç oyunçu 2025-ci ilin fevralından komandada icarə əsasında çıxış edirdi.
PSJ-yə məxsus Asensio "Aston Villa"da 21 oyun keçirib, 8 qol vurub. “Mançester Yunayted”ə məxsus Reşford 17 oyuna 9 qol vurub. Disasi isə "Çelsi"dən "Aston Villa"ya keçmişdi. O, bu komandada 10 oyuna çıxıb.
"Çelsi"dən ayrıla bilər
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər
"Beşiktaş" onu göndərdi